Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Narkotiksiz həyat, Sağlamlığın öz əlindədi“ başlığı  altında mövzu saatı keçirilib

06.07.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı 06.07.2022-ci il tarixində “Narkotiksiz həyat, Sağlamlığın öz əlindədi“ başlığı  altında mövzu saatı keçirildi.Tədbirdə kitabxananın fəal oxucuları və müxtəlif oxucu qrupları iştirak edirdilər. Tədbiri giriş sözü ilə 1 saylı filialın böyük kitabxanaçısı  Lalə Kərimzadə açaraq iştrakçıları salamladı. “Narkotiksiz həyat, Sağlamlığın öz əlindədi“ mövzusu ilə bağlı tədbir iştrakçılarına geniş məlumat verdi. O,  vurğuladı ki  narkomaniya insan həyatının faciəsi, ümid və arzularının məfidir. Bəşəriyyətin ən böyük bəlalarından sayılan narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən başlıca problemlərdən biridir. Bu qlobal problem cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük  zərbə vuran, sosia-iqtisadi inkşafı ciddi  şəkildə ləngidən,  insanların sağlam həyat tərzini təhlükə altına atan və ağır cinayətlərin yaranmasına səbəb olan əsas  amildir. Narkomaniya öz ölümündən həzz almaqdan başqa bir şey deyil. Narkomaniya orqanizmin zəifləməsinə, daxili orqanların qara ciyər və böyrəyin zəhərlənməsinə gətirib çıxarır. Narkotik maddələr ilk növbədə, ən böyük zərbəni insanın sağlamlığına  və iradəsinə vurur. Narkomaniya ilə mübarizəyə ilk növbədə, kiçik dövlət olan ailədən başlanmalıdır. Əgər hər hansısa bir ailədə əxlaqı və etik qaydalar,  vətənə sevgi, ataya anaya məhəbbət,milli kökə bağlılıq  güclüdürsə, onun  böyütdüyü,  yetirdiyi övlad  heç vaxt nankor  ola bilməz. Bu mütləqdir.Odur ki, valideynlər  bunu unutmamalı, övladlarını düzgün tərbiyyə etməli, onların sağlam inkşafı qayğısına qalmalıdırlar. Tədbirdə iştrak edən müəllimlər, valideynlər  kitabxananın əməkdaşları fikir mübadiləsi apararaq belə nəticəyə gəldilər ki, yalnız birlikdə mübarizə aparmaqla həm inzibati qaydada həmdə maarifləndirmə yolu ilə gələcəyimizi bu ağır bəladan qorusaq sağlam cəmiyyətin formalaşmasına nail ola bilərik.Tədbir iştrakçıların marağına səbəb oldu. Belə tədbirlərin kitabxanada tez- tez keçirilməsi tövsiyyə olundu.  

 

 

 

 

66.8 KB